Cari ilin yanvar-may aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə 2 milyard 717 milyon manat vəsait ödənilib.
Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 198 milyon manat çoxdur.
Qeyd edək ki, növbəti islahat paketi olaraq cari ilin əvvəlindən əməkhaqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin edilib.