Bu ilin 5 ayında operativ məlumatlara əsasən hasil edilmiş 13,9 milyon ton neftin 11,4 milyon tonu ixraca nəql edilib.
Bunu energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artımla hasil edilmiş 19,6 milyard kubmetr qazın 9,4 milyard kubmetri ixrac olunub.