2022-ci ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların həcmi 568 milyon dollardan artıq olub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 4,3 dəfə çoxdur.
Yanvar-aprel aylarında Gürcüstanda ən böyük investorlar:
• İspaniya - 196,1 milyon dollar;
• Böyük Britaniya - 87,2 milyon dollar;
• Türkiyə - 67,1 milyon dollar
Dövlət statistika idarəsi “Sakstat”ın ilkin məlumatlarına görə, hesabat dövründə xarici investisiyaların böyük hissəsi enerji sektoruna (236,4 milyon dollar), maliyyə sektoruna (111,1 milyon dollar), daşınmaz əmlaka (81,3 milyon dollar) və emal sənayesinə (37,4 milyon dollar) qoyulub. Yanvar-aprel aylarında qoyulmuş ümumi investisiyaların 318,2 milyon dollarından çoxu təkrar investisiyaların, 250,8 milyon dolları isə səhm kapitalının payına düşüb.