Tədiyə balansının ümumi qalığı 1 milyard 572,4 milyon dollar olub

2022.06.10 13:14 (UTC+04:00)

Cari ilin birinci rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib.

Mərkəzi Bankdan bildirilib ki, bu müddətdə tədiyə balansının ümumi qalığı 1 milyard 572,4 milyon ABŞ dolları təşkil edib. Cari əməliyyatlar balansında 4 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1,2 milyard dollar kəsir yaranıb, ehtiyat aktivləri 1,6 milyard dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 87 dollar/barel olub, qeyri-neft ixracı isə 54,7 faiz artaraq 708 milyon dollar səviyyəsində formalaşıb.