İsmayıllıda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək

2022.06.10 10:14 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin İsmayıllı rayonunda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar 13.06.2022-ci il tarixdən etbarən 15 gün müddətində müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

10 saylı Ərazi Vergilər İdarəsində vergi uçotunda olan vergi ödəyiciləri DVX-nin təqdim etdiyi üzbəüz xidmətlərdən yararlanmaq üçün Qəbələ rayonunda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərlər.

DVX tərəfindən göstərilən xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, e-xidmətlərdən faydalanmağınız, xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni hər hansı xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz tövsiyə olunur.