Hazırda ölkədə kvota üzrə iş yerlərinin sayı 66 mindən çoxdur. Kvota üzrə işlə təmin olunmaq prosesi daha çox əlilləri əhatə edir. Əlillər arasında da müharibə əlillərinin işlə təmin olunması prioritet istiqamət kimi müəyyən edilir. Hazırda kvota ilə işlə təminolunma qərarının da genişləndirilməsi üzərində işlər aparılır. Genişləndirildikdən sonra həmin say 80 minə çatdırılacaq.
Dunu Dövlət Məşğulluq Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.