İqtisadiyyat Nazirliyində könüllülər sırasına qoşulmaq istəyənlərin nəzərinə!

2022.06.09 17:10 (UTC+04:00)

İqtisadiyyat Nazirliyində növbəti könüllü fəaliyyəti təşkil olunur. Bununla bağlı müraciətlər 12 iyun – 30 iyul 2022-ci il tarixilərində qəbul ediləcək.

Könüllülər sırasına qoşulmaq istəyənlər İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində “Könüllü fəaliyyəti” bölməsinə daxil olmaqla elektron müraciət edə bilərlər.

Seçim zamanı dil (ingilis, rus) və kompüter biliklərinə, dövlət qulluğu vəzifələri üzrə müvafiq sertifikata malik olan şəxslərə üstünlük veriləcək.

Əlavə məlumat almaq üçün: Pünhan Cəfərov, tel: 310-28-00, daxili 21-47; e-mail: punhan.cafarov@economy.gov.az

Qeyd: Müraciət edən könüllülərin COVİD-19 pasportuna və ya COVİD-19-a qarşı immunitet sertifikatına malik olması mütləqdir.