Mərkəzi Bankın dövriyyədəki notlarının məbləği 900 milyon manat təşkil edir

2022.06.09 16:14 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri 900 milyon manat təşkil edir.

28 günlük notlar üzrə son faiz dərəcəsi 6,26 faiz, 84 günlük notlar üzrə son faiz dərəcəsi 2,92 faiz, 168 günlük notlar üzrə son faiz dərəcəsi 3,39 faiz, 252 günlük notlar üzrə son faiz dərəcəsi 3,57 faizdir.