Göyçay və İsmayıllıda sahibkarlarla görüş keçirilib

2022.06.09 11:08 (UTC+04:00)

Sahibkarlıq subyektlərinin fəaliyyəti ilə yerində tanış olmaq, bizneslərin inkişafı üçün ehtiyacların və qarşılaşdıqları çətinliklərin öyrənilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlarla görüşlərini davam etdirir.

İyunun 8-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev Göyçayda nar, xurma, çiyələk, üzüm və digər meyvə-tərəvəz istehsalı ilə məşğul olan biznes subyektləri ilə görüşüb, sahibkarlıq fəaliyyətlərinin inkişafına dair fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində KOBİA nümayəndələri “Aznar” QSC-yə məxsus su, limonad, meyvə şirələri və mineral sular zavodunda istehsal prosesi ilə tanış olublar.

Eyni zamanda KOBİA nümayəndələri İsmayıllı rayonunda balıqçılıq və üzümçülük təsərrüfatlarında oublar, sahibkarlarla biznes fəaliyyətinin genişləndirilməsi və zəruri dəstək tədbirlərini müzakirə ediblər.