Tədbirdə bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi, Azərbaycanın ABŞ ilə ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğu vurğulanıb. Görüşdə ABŞ-nin Azərbaycanda 2-ci ən böyük investor olduğu, ölkəmizdə sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, rabitə, kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 250-yə yaxın ABŞ investisiyalı şirkətin qeydiyyata alındığı bildirilib, iqtisadi əlaqələrin genişləndirilməsi potensialı diqqətə çatdırılıb.
Tərəflər enerji təhlükəsizliyi, rəqəmsal iqtisadiyyatın inkişafı, ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpası, eləcə də Ələt Azad İqtisadi Zonasına cəlb olunması və s. istiqamətlərdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.