Rumıniya prezidenti vergiləri artırmayacağına söz verib

2022.06.07 13:30 (UTC+04:00)

Rumıniyanın dövlət başçısı Klaus İohannis bildirib ki, yaxın gələcəkdə ölkədə mövcud vergi növlərinin heç biri artırılmayacaq.

TASS agentliytinin xəbərinə əsasən, prezident qeyd edib ki, rumınların böyük əksəriyyəti hazırda qənaət rejimi şəraitində yaşayırlar və hətta rüsumların cüzi artımı belə qiymətlərin uçmasına səbəb ola bilər ki, bu da öz növbəsində sosial gərginliyin yaranması ilə nəticələnə bilər.

“Rumınlar sabah vergi sisteminin dəyişəcəyi və daha çox vergi ödəməli olacağı qorxusu ilə yaşamamalıdırlar. Mən şəxsən vergi sistemində dəyişikliklərin qarşısını almaq üçün əlimdən gələni edəcəyəm”, - deyə prezident Klaus İohannis bildirib.