Ötən il Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsində əlavə toplanan verginin 590 milyon manatı neft sektorunun payına düşüb.
Bu fikirləri Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev Milli Məclisdə 2021-ci ilin büdcə icrası ilə bağlı keçirilən müzakirələrdə söyləyib.
Onun sözlərinə görə, bu göstərici proqnozdan 37,5 faiz çoxdur. “2021-ci ilin büdcəsi təsdiq olunanda, neftin qiymətinin 50 dollar səviyyəsində götürülməsinə baxmayaraq, faktiki olaraq 71,4 dollar təşkil edib. Nəticədə, həmin 590 milyon dollar toplanan artıq vergi hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinin payına düşüb”, - deyə İlkin Vəliyev bildirib.