İran İslam Respublikasının neft naziri Cavad Övci ilə ölkələrimiz arasında iqtisadi münasibətlərin cari vəziyyəti və inkişafı barədə danışdıq. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
Məlumatda deyilir: "İranın Neft Nazirliyi ilə imzaladığımız Memorandum ölkələrimiz arasında təbii qaz sahəsində əməkdaşlığın genişlənməsinə fayda verəcək".