Sosial ödənişlərin artırılması Azərbaycanda aparılan uğurlu sosial islahatların əsas istiqamətlərindən biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 2019-cu ildən ötən dövrdə ölkəmizdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılmasını nəzərdə tutan ardıcıl islahatlar 4 milyon insanı əhatə edib. Ümumilikdə həmin dövrdə ölkəmizdə 3 sosial islahat paketi həyata keçirilib.
Vətəndaş rifahının yaxşılaşdırılmasında ciddi irəliləyişləri təmin edən həmin islahatlar üçün əlavə olaraq illik 6 milyard manat vəsait ayrılıb.