Azərbaycanda enerji səmərəliliyinin artırılması istiqamətində “yaşıl” layihələrin reallaşdırılması nəzərdə tutulur.
Bu sözləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakı Enerji Forumunda deyib.
Nazir bildirib ki, alternativ enerji mənbələrinin istifadəsi prioritetdir. Alternativ enerji sahəsində həllərin tətbiqi iqlim dəyişikliklərinin qarşısının alınması üzrə beynəlxalq proqram çərçivəsində reallaşdırılır. Belə ki, tullantıların təkrar emalı və istifadəsi üzrə layihələr də həyata keçirilir.
M.Babayev qeyd edib ki, Qarabağda bölgənin “yaşıl” zonaya çevrilməsi üzrə layihələr reallaşdırılır.