İndiyədək TANAP ilə 16 milyard kubmetr Azərbaycan təbii qazı nəql olunub

2022.06.03 13:09 (UTC+04:00)

İndiyədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 16 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib.

Bu sözləri SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə iyunun 3-də işini davam etdirən Bakı Enerji Forumunda deyib.

X.Yusifzadə qeyd edib ki, kəmər istifadəyə verildikdən bu il mayın 1-dək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə 11,3 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib. Bu həcmlərin 9,7 milyard kubmetri İtaliyaya, 1,3 milyard kubmetri Yunanıstana, 0,3 milyard kubmetri isə Bolqarıstana nəql olunub.