Bu il mayın 1-dək 628 milyon ton Azərbaycan nefti ixrac edilib

2022.06.03 11:04 (UTC+04:00)

Bu il mayın 1-dək 628 milyon ton Azərbaycan nefti ixrac edilib.

Bu sözləri SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə iyunun 3-də işini davam etdirən Bakı Enerji Forumunda deyib.

X.Yusifzadə qeyd edib ki, hasil edilən neftin 325 milyon tonu Azərbaycanın mənfəət neftinin payına düşüb, 458 milyon ton neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə daşınıb.