Perm vilayətinin qubernatoru İqtisadiyyat Nazirliyində olub

2022.06.02 17:12 (UTC+04:00)

İqtisadiyyat Nazirliyində Rusiya Federasiyasının Perm vilayətinin qubernatoru Dmitri Maxonin ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası ilə Perm vilayəti arasında ticarət əlaqələri, “Made in Azerbijan” brendli məhsulların Perm vilayətində keçirilən sərgilərdə tanıdılması, Perm şirkətlərinin Azərbaycanın sənaye parklarına və aqroparklara, eləcə də Ələt Azad İqtisadi Zonasına cəlb olunması, maşınqayırma, kimya və neft kimyası sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.