Qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi bu ilin 4 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9% artıb. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: "2021-ci ilin yanvar-aprel aylarında bu göstərici 2020-сi ilin eyni dövrünə nisbətən 15,2% az idi".