Dörd ayda 27 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub

2022.06.01 11:41 (UTC+04:00)

Yanvar-aprel aylarında 27,3 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 100,9 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 53 milyon dollar olmaqla 22,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.