Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

2022.05.31 19:34 (UTC+04:00)

"Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin (European Investment Bank - South Caucasus) rəhbəri Matsey Çura ilə Azərbaycanda həyata keçirilən və icrası nəzərdə tutulan layihələr, ölkəmizin iqtisadi inkişafı, investisiya imkanları və Bankla əməkdaşlığın perspektivləri barədə müzakirə apardıq".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.