Yanvar-aprel aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artıb

2022.05.31 10:53 (UTC+04:00)

"Azərbaycan iqtisadiyyatında pandemiyadan sonra qeydə alınan sürətli bərpa prosesinin davamı olaraq bu ilin yanvar-aprel aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2% artaraq 39 mlrd. 554,8 mln. manat, qeyri-neft-qaz sektoru üzrə isə 11,4% artaraq 19 mlrd. 469,1 mln. manat olub."

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: "Belə ki, 2021-ci ilin ilk 4 ayı ərzində ÜDM əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 0,2% az idi. Qeyri-neft-qaz sektoru üzrə ÜDM isə ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-aprel aylarına nisbətən cəmi 4,1% artmışdı".