Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə Anlaşma Memorandumu imzalanıb

2022.05.27 19:10 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarovla Türkiyənin ölkəmizdə səfərdə olan sənaye və texnologiya naziri Mustafa Varank arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafı, kiçik və orta sahibkarlıq, sənaye, eləcə də standartlaşdırma və metrologiya səhələrində tərəfdaşlığın gücləndirilməsi məqsədilə müştərək qurumların yaradılması istiqamətində müzakirələr aparılıb.

Görüş çərçivəsində qardaş ölkə ilə iqtisadi tərəfdaşlığın möhkəmlənməsini ehtiva edən Anlaşma Memorandumu imzalanıb.