Avropa İttifaqında (Aİ) ən yüksək inflyasiya Baltikyanı ölkələrdə və Şərqi Avropada qeydə alınıb. Böyük Britaniyanın nüfuzlu “Financial Times” nəşrinin tərtib etdiyi reytinqə görə, qiymət artımının 19%-ə çatdığı Estoniya siyahıda birinci yerdədir. Aİ ölkələri üzrə illik inflyasiya Estoniyada 19%, Litvada 16,8%, Bolqarıstanda 14,4%, Çexiyada 14,2%, Rumıniyada 13,8% təşkil edir.
Avropada ən yüksək inflyasiya Aİ üzvü olmayan Türkiyədə qeydə alınıb - 70%. Bu, milli valyutanın ucuzlaşması ilə əlaqəndirilir. Mayın ortalarında Avropa Komissiyası Avrozonada 2022-ci il üçün inflyasiya proqnozunu rekord həddə - 6,1%-ə yüksəldib. 2023-cü ildə bu göstəricinin 2,7%-ə enəcəyi proqnozlaşdırılır.