İstanbulda XXV Avrasiya İqtisadi Zirvə toplantısı keçiriləcək

2022.05.27 12:32 (UTC+04:00)

Hər il keçirilən Avrasiya İqtisadi Zirvə toplantısında bu günədək dünyanın 40-dan çox ölkəsindən liderlər, dövlət və elm xadimləri iştirak ediblər. Zirvə toplantısı, sadəcə, qlobal problemlərin həlli istiqamətində müzakirələrin aparıldığı platforma deyil, həm də Türkiyənin dünyada tanıdılmasına böyük töhfə verir.

Bu il “Dörddəbir əsrlik fədakarlıq, xoş niyyət və qətiyyət” şüarı altında keçiriləcək Zirvə toplantısında ümumilikdə 42 ölkədən dövlət rəhbərləri, hökumət nümayəndələri, nazirlər və digər rəsmi şəxslər iştirak edəcəklər.

AZƏRTAC