Türkiyə kartof idxalına görə "sıfır gömrük vergisi"nin müddətini uzadıb

2019.04.18 19:05 (UTC+04:00)

Kartof idxalı üzrə 20 apreldə müddəti başa çatan "sıfır gömrük vergisi"nin müddəti, daxili bazarın ehtiyacı nəzərə alınmaqla, mayın 31-dək uzadılıb. Bu müddət ərzində Türkiyəyə 200 tona qədər idxal edilən kartofa görə gömrük vergisi tutulmayacaq. Qeyd edək ki, Türkiyəyə kartof ixrac edən ölkələrin sırasında Azərbaycan da var.