12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları Goranboy rayon və Naftalan şəhər Xidmət mərkəzlərində vergi ödəyiciləri ilə görüşlər keçirib. Görüş zamanı Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquq və vəzifələr, vergitutma məqsədləri üçün uçotun aparılması qaydaları, vergi növləri üzrə bəyannamələrin təqdim edilməsi, vergi öhdəlikləri və onların qanunla müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanunu, "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları" haqqında məruzələr edilib. Tədbirdə vergi mükəlləfiyyətlərinə uyğun olaraq bəyannamələrin təqdim edilməsi, vergi öhdəlikləri və onların qanunla müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi barədə suallar cavablandırılıb.