Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilmiş Vergi Məcəlləsinə dəyişiklik olunması barədə Qanuna əsasən, kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə vergidən azad edilib. Bundan əlavə, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı da daha 1 il müddətinə vergidən azad olunub. Vergidən azadetmə 2021-ci ilədək davam edəcək.
Daha ətraflı: https://azertag.az/xeber/