Ölkədə bağlanmış əmək müqavilələrinin sayı may ayının 1-nə 1 milyon 691,9 min olub

2022.05.25 12:18 (UTC+04:00)

3 ildir həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: "İş yerlərin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 290 min vahid artıb və bu il mayın 1-nə 1 milyon 691,9 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 242,6 min vahid artaraq 782,5 min olub".