Davos Dünya İqtisadi Forumu çərçivəsində müzakirələr aparılıb

2022.05.25 10:13 (UTC+04:00)

Davos Dünya İqtisadi Forumu çərçivəsində "Neft və qaz" mövzusunda birgə işçi şam yeməyində regional proseslərin enerji bazarlarına təsiri, təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidin əhəmiyyəti, Azərbaycanda bərpaolunanenerji mənbələrinin yüksək potensialı və yaşıl enerji məkanı prinsiplərinə əsaslanaraq həmin enerjinin iqtisadiyyatın bütün sahələrində istifadəsi imkanları barədə danışdıq. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.