Apreldə Azərbaycandan Avropa İttifaqı ölkələrinə 2,3 milyard dollarlıq məhsul göndərilib

2022.05.24 17:42 (UTC+04:00)

Apreldə Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 2,3 milyard ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, qeyd edilən dövrdə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 181,5 milyon dollar təşkil edib.