Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

2022.05.24 12:06 (UTC+04:00)

Yanvar-aprel aylarında Azərbaycandan MDB ölkələrinə 635 milyon 241 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 102 milyon 647 min dollar çoxdur.

Dörd ayda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 120 milyon 674 min dollar olub.