Daha bir "KOB dostu" fəaliyyətə başlayıb

2019.04.18 15:23 (UTC+04:00)

Aprelin 17-də Sumqayıt şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə aid "Kiçik və Orta Biznesin Dostu" ("KOB dostu") fəaliyyətə başlayıb. Açılış zamanı agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov "KOB dostu" konsepsiyası, kiçik və orta sahibkarlara göstərilən xidmətlər barədə məlumat verib. Vurğulanıb ki, hazırda ölkənin 11 rayon və şəhərində 14 "KOB dostu" fəaliyyət göstərir. Bu, mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən yeni bir mexanizmdir.