İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb

2022.05.23 18:24 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə keçirdiyi görüş barədə məlumat paylaşıb: "Davosda Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid Al-Falih ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişaf perspektivləri, Azərbaycanda Səudiyyə Ərəbistanı şirkətlərinin fəaliyyəti, investisiya və biznes sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq".