Azərbaycan Avropa İttifaqı ölkələrinə məhsul ixracını artırıb

2022.05.23 18:21 (UTC+04:00)

Yanvar-aprel aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 7 milyard 558,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 milyard 248,8 milyon dollar çoxdur.

Dörd ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 639 milyon dollara yaxın olub.