Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, yaşıl iqtisadi artım məsələləri müzakirə olunub

2022.05.23 15:20 (UTC+04:00)

"Davos Dünya İqtisadi Forumunun (World Economic Forum) “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında qlobal əməkdaşlıq mühiti çərçivəsində yeni çağırışlar, dayanıqlı iqtisadi fəaliyyət, enerji resurslarından səmərəli istifadə və rəqəmsal həllərin tətbiqinin əhəmiyyəti barədə danışdıq". Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib: "Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, yaşıl iqtisadi artım, dayanıqlı infrastruktura investisiyaların təşviqi və qeyri-neft sektorunun inkişafı barədə müzakirə apardıq".