Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 3,6 faiz artım olub

2022.05.23 14:19 (UTC+04:00)

Cari ilin yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 685,2 milyon manat təşkil edib ki, onun da 1 milyard 540 milyon manatı heyvandarlıq, 145,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsindən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 3,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 14,8 faiz artım olub.