Rəsmi Vaşinqton Polşanı 15 faiz minimum korporativ vergi tətbiq etməyə inandıra bilməyib. ABŞ-ın maliyyə naziri Janet Yellen iki dövlətin problemin həlli üçün daha çox iş görməli olduğunu bildirib.
Polşa minimum verginin tətbiqi planına qarşı çıxan yeganə Avropa İttifaqı (Aİ) ölkəsidir. Polşa hökuməti 2021-ci ilin oktyabrında dövlətlər arasında əldə edilmiş razılaşmaya bu ilin aprel ayında veto qoyub.
ABŞ maliyyə naziri Janet Yellen Polşanın Baş naziri Mateuş Moravetski, maliyyə naziri Maqdalena Jeçkovski və Mərkəzi Bankın rəhbəri Adam Qlapinski ilə görüşdən sonra deyib: “Biz bu sazişin bir hissəsinə çevrilməyin Polşanın maraqlarına uyğun olduğuna inanırıq, ona görə də səmimi, açıq danışıqlar aparırıq”.