Cari ilin yanvar-aprel aylarında tikinti materiallarının istehsalının ümumi dəyəri 306,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 72,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, həmin dövr ərzində asfaltın istehsalı 3,2 dəfə, tikinti kərpicinin istehsalı 55,9 faiz, tikinti gipsinin istehsalı 50,8 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 48,4 faiz, betondan yığma tikinti konstruksiyaları istehsalı 34,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 29,8 faiz artıb, tikinti əhənginin istehsalı isə 13,8 faiz azalıb.