Dörd ayda qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr

2022.05.20 13:45 (UTC+04:00)

Yanvar-aprel aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Türkiyə, Rusiya, Gürcüstan, İsveçrə və ABŞ qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, dörd ayda Türkiyəyə 333,7 milyon, Rusiyaya 191,7 milyon, Gürcüstana 60,9 milyon, İsveçrəyə 50,9 milyon, ABŞ-a isə 39,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.