Avropa İttifaqı (Aİ) və Yaponiya Hind-Sakit okean regionunda, Qərbi Balkan və Afrika ölkələrində davam edən layihələr üzrə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Yaponiya-Aİ sammitindən sonra yayılmış birgə bəyanatda göstərilib ki, tərəflər cari layihələrlə yanaşı, Mərkəzi Asiyada birgə layihələrin həyata keçirilməsi üçün də imkanlar araşdırmaq niyyətindədirlər.
Bəyanatda qeyd edilib ki, Aİ ilə Yaponiya əməkdaşlığı nəqliyyat, enerji, rəqəmsal sektor, təchizat zəncirləri, mikromaliyyə, təmiz enerji kimi müxtəlif sahələri əhatə edəcək.
Bundan əlavə, hazırda infrastruktur layihələrinin müəyyənləşdirilməsi üzərində də iş aparılır. Məlumatda Avropa İnvestisiya Bankı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının da bu işə qoşulacaqları bildirilib.