ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında dövlət xətti ilə verilən ipoteka kreditlərinin şərtləri, vergi ödəyicilərinin öz pensiya kapitalı haqqında məlumatları öyrənməsi, sosial sahədə həyata keçirilən islahatlar, daşınmaz əmlakın sənədləşdirilməsi, torpaqdan istifadə edənlərin sosial sığorta haqqı ödəmək öhdəliyi, vergi işçiləri arasında şahmat turniri barədə məlumatlar yer alıb.
Verilişin qonağı – "Rabitəbank"ın hüquq departamentinin rəhbəri Mürsəl Bədəlov problemli kreditlərin ödənişi ilə bağlı ortaya çıxan suallara aydınlıq gətirib.