Dörd ayda əsas kapitala 3,6 milyard manat vəsait yönəldilib

2022.05.17 11:23 (UTC+04:00)

Cari ilin yanvar-aprel aylarında əsas kapitala 3 milyard 678 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29,9 faiz azalıb, qeyri -neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,9 faiz artıb.

İstifadə olunmuş vəsaitin 2 milyard 77,5 milyon manatı və ya 56,5 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 370,3 milyon manatı (37,2 faizi) xidmət sahələrinə, 230,2 milyon manatı (6,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.