Mikayıl Cabbarov: Bu il Avropa İttifaqı ilə ticarət dövriyyəsi rekord səviyyəyə çatacaq

2022.05.17 11:03 (UTC+04:00)

Bu il Avropa İttifaqı ilə ticarət dövriyyəsi rekord səviyyəyə çatacaq.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Avropa İttifaqı biznes forumunda deyib.

O bildirib ki, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur: “Belə ki, son 10 ildə Aİ-nin Azərbaycanda 1800-ə yaxın şirkəti fəaliyyət göstərir. Ölkəyə qoyulan investisiya 20 milyard dollardan çoxdur”.