Birinci rübdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yükdaşımalarının həcmi 6,3 faiz artıb

2022.05.16 17:53 (UTC+04:00)

Cari ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10858,3 min ton, yük dövriyyəsi isə 2557,7 milyon ton-kilometr olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7 faiz və 6,3 faiz artım müşahidə olunub. Yüklərin 6115,1 min tonu və ya 56,3 faizi avtomobil nəqliyyatı, 3507,0 min tonu və ya 32,3 faizi dəmir yolu nəqliyyatı, 1236,2 min tonu və ya 11,4 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 23,8 faizini və ya 2585,3 min tonunu tranzit yüklər təşkil edib.