May ayının 14-də İqtisadiyyat Naziriliyinin Birləşmiş Həmkərlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Azfar Bakcell” stadionunda turnirin ilkin mərhələsi baş tutub. İlk oyun Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətinin komandaları arasında keçirilib.
Turnirdə İqtisadiyyat Nazirliyi Aparatının, nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların futbol komandaları iştirak edir. Reqlamentə əsasən turnirə qatılacaq 34 komanda 8 qrupda gücünü yoxlayacaq. Qrupda ilk 2 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.
İqtisadiyyat Naziriliyinin Birləşmiş Həmkərlar İttifaqı Komitəsindən verilən məlumata əsasən turnirin 45 gün davam edəcəyi nəzərdə tutulur. Qaliblər İqtisadiyyat Nazirliyi tərəfindən kubok, medal və həvəsləndirici pul mükafatları ilə təltif ediləcək.
Qeyd edək ki, turnirdə Dövlət Vergi Xidmətinin Aparatını və strukturuna daxil olan qurumları təmsil edən 14 komanda iştirak edir.