Bitkoini pul kimi qəbul edən Portuqaliya avropalı kriptovalyuta həvəskarlarını “vergi cənnəti” kimi cəlb edir. Vergidən yayınmaq istəyən kriptovalyuta zənginləri yüksək vergi güzəştləri olan Hollandiya kimi ölkələrdən Portuqaliyaya köçməyə başlayıblar.
Getdikcə daha çox ölkə kriptovalyuta bazarlarında qaydaları sərtləşdirdikcə tənzimlənməyən Portuqaliyaya maraq artır. Hazırda Portuqaliya kripto aktivləri əmtəə kimi deyil, “pul” kimi qəbul edən azsaylı Qərb ölkələrindən biridir. Bu o deməkdir ki, alğı-satqı əməliyyatlarından əldə edilən mənfəət ölkə qanunlarına uyğun olaraq vergiyə cəlb edilmir.
Ekspertlərin qənaətinə görə, bu vəziyyət uzun sürməyə bilər. Portuqaliya Maliyyə Nazirliyi vəziyyəti nəzərdən keçirdiklərini və Avropa İttifaqının qalan hissəsinə uyğun qanunvericilik üzərində işlədiklərini açıqlayıb. Ölkədə parlament üzvləri və hətta kriptovalyuta bazarının iştirakçırları bu vəziyyətin davamlı ola bilməyəcəyini etiraf edirlər.