Dörd ayda Azərbaycanda neft və qazın ixracı açıqlanıb

2022.05.12 12:08 (UTC+04:00)

Bu ilin 4 ayında operativ məlumatlara əsasən, hasil edilmiş 11,1 milyon ton neftin 9 milyon tonu ixraca nəql edilib.

Bunu energetika naziri Pərviz Şahbazov bildirib.

“Ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artımla hasil edilmiş 15,7 milyard kubmetr qazın 7,6 milyard kubmetri ixrac olunub”, - deyə nazir qeyd edib.