Növbəti hərracda 3 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib

2022.05.11 10:27 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərraclarda vətəndaşlar yaradılmış əlverişli şəraitdən istifadə etməklə rahat şəkildə əmlak sahibinə çevrilə bilərlər. Özəlləşdirilməyə çıxarılan dövlət əmlaklarının müxtəlifliyi isə alıcıya seçim imkanı verir.

Növbəti hərracda 3 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib. Satılan əmlaklar İmişli, Lənkəran və İsmayıllı rayonlarında yerləşir, xidmət və emal sahələrinə aiddir. Əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilib. Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 67 500 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3ysd2Ow)

Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərrac mayın 17-də keçiriləcək. Hərraca 10 kiçik dövlət müəssisə və obyekti çıxarılıb.