Mayın 13-də pensiyaların tam ödənilməsi nəzərdə tutulub

2022.05.11 10:08 (UTC+04:00)

Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.